UZAQLARI YAXIN EDƏR!

DAŞINMA ŞƏRTLƏRİ

  1. Bildirmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarına əsasən Sifarişçi daşıyıcı şirkət vasitəsilə öz adına 30 (otuz) gün müddətində ümumi sifarişinin dəyəri gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan malları güzəştli qaydada, yəni gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilər. Sifarişin dəyəri və daşınma haqqının birlikdə dəyəri 30 (otuz) təqvim günü ərzində 1000 ABŞ dolları məbləğindən artıq olarsa, Sifarişçinin qanunvericiliyə uyğun olaraq sifarişin ümumi dəyərinin maksimum həddi 36% qədər olmaqla gömrük rüsumu ödəmək öhdəliyi yaranacaqdır.
  2. Müştərilərimiz saytımızda qeydiyyatdan keçərkən daxil etmiş olduğu bütün şəxsi məlumatlar (ad, soyad, ünvan, telefon, Ş.V nömrəsi, fin kod və s.) başqa üzvlər tərəfindən görülmür və üçüncü şəxslərlə paylaşılmır. Müştəri məlumatları yalnız qanun çərçivəsində nəzərdə tutulan orqanlara bildirilə bilər.
  3. Sifariş əsasında Sifarişçi razılığı olmadan açılmasına icazə verilməyən daşınan bağlamadakı əşyanın qüsurlu olmasına görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Bu kimi hallarda Sifarişçi problemin aradan qaldırılması üçün əşyadakı qüsurlara görə şikayətini ancaq satıcıya qarşı irəli sürə bilər.
  4. Sifarişlər Daşıyıcı tərəfindən sığortalanmır və Daşıyıcı buna görə heç bir məsuliyyət daşımır. 
  5. Sifariş edilmiş bağlama “Daşıyıcı”nın anbarına daxil olduqdan sonra “Daşıyıcı” tərəfindən Sifarişçiyə bu barədə zəng, sms və ya email vasitəsilə məlumat  veriləcək. Bundan sonra Sifarişçi “Daşıyıcı” tərəfindən rəsmi qaydada məlumatlandırılmış hesab ediləcək və sifarişi “Daşıyıcı”nın Nərimanov ünvanında yerləşən ofisindən götürə biləcək. Əgər Sifarişçi bağlamanın birbaşa ünvanına çatdırılmasını istəyərsə, bu zaman www.kargofly.az səhifəsindən ödənişli kuryer xidmətini seçə bilər.
  6. Sifariş olunan bağlamanın ofisdən təhvil alınması barədə “Daşıyıcı” tərəfindən Sifarişçiyə bu barədə məlumat verildiyi andan etibarən, bağlama 15 (on beş) gün ərzində Sifarişçi tərəfindən təhvil alınmadığı təqdirdə, növbəti 15 (on beş) gün ərzində hər gün üçün 50 qəpik anbar xidməti haqqı hesablanır. Sifarişçi “Daşıyıcı”  qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz. 1 ay sonra Sifarişçi bağlamanı təhvil almadığı təqdirdə bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir.
  7. Sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (Satıcı mağaza, Avia reyslər, Gömrük nəzarət yoxlamaları və s bu kimi gecikmələr) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və sifarişdən imtina halı kimi dəyərləndirilə bilməz. Əlavə olaraq bildirmək istərdik ki, bu cür şikayətlər “Daşıyıcı” ilə Sifarişçi arasında hər hansı bir mübahisə predmeti ola bilməz.
  8. Sifarişçi ilə aparılan bütün məlumat mübadiləsi, habelə Sifarişçiyə aid şəxsi məlumatların hər biri “Daşıyıcı” tərərfindən arxivləşdirilir və konfidensiallıq “Kargofly” MMC tərəfindən qorunur.
  9. Çatdırılma ödənişləri hər bir bağlama üçün ayrılıqda hesablanır
  10. Tərkibində batareya olan avadanlıqların daşınması həyata keçirilmir.