UZAQLARI YAXIN EDƏR!

Xidmətlərimiz

“Türkiyədən Çatdırılma” xidməti

“Kargofly” Türkiyədən online sifariş olunan malların, poçt bağlamaların sürətli çatdırılmasını həyata keçirir. Türkiyədən qəbul olunmuş bağlamalar 4-6 gün ərzində müştərilərə çatdırılır. (daşıyıcıdan asılı olmayan səbəblərə görə gecikdikdə isə maksimum Türkiyə ofisinə çatdıqdan 15 gün ərzində) Sifarişçinin sifariş etdiyi məhsulları Türkiyə anbarına gəldiyi zaman ağzı açılmadan, qutusu ilə birlikdə olduğu kimi daşınması həyata keçirdilir. Qeyd edək ki, bu xidməti seçdiyiniz zaman 0 kg-0.25 kg üçün 2.5$; 0,25-0.5 kg üçün 3.5$; 0,5-1.0 kg üçün 5.5$ xidmət haqqı ödəyirsiniz. NOT: Uzunluğu 1m'dən (100 sm) çox olan bağlamaların çəkisi həcimsəl olaraq hesablanır (En x Uzunluq x Hündürlük /6000)

“Biz Alaq” xidməti

Türkiyənin online alış-veriş səhifələrindən hər hansı bir malın alınması zamanı çətinlik çəkirsinizsə bununla bağlı bizə müraciət edə bilərsiniz. Biz bu xidmətlə müştərilərimizin bizə vermiş olduğu ixtiyara əsasən həmin malın müştəri adına alınıb Azərbaycana çatdırılmasını təşkil edirik. *Qeyd edək ki, “Biz Alaq” xidmətini seçdiyiniz zaman 5% xidmət haqqı hesablanır ki, bu da bank xərci, pulun nəğdləşdirilməsi və xidmət haqqı olaraq nəzərə alınır.

“Paket birləşdirilməsi” xidməti

Azərbaycanda ilk dəfə olaraq KARGOFLY tərəfindən tətbiq edilən bu xidmət növündə Sifarişçinin birdən çox bağlaması olduğu halda, müştəri hər bağlama üçün ayrı ödəniş etmək yerinə, paket birləşdirilməsi xidmətini seçərək büdcəsinə qənaət edə bilər. Bu zaman gələn bütün bağlamalar açılır və sifarişçiyə aid olan bütün mallar bir bağlamanın içində toplanaraq paketlənir. Paket birləşdirilməsi seçilən sifarişlərin hamısı Türkiyə ofisinə çatdırıldıqdan sonra paketlənib Azərbaycana göndərilir. Sifarişçi Paket birləşdirilməsi xidmətini seçdiyi zaman 50%-80% daşınma xərclərinə qənaət etmiş olur. Qeyd edək ki, “Paket birləşdirilməsi” xidməti seçdiyiniz zaman 2$ (iki dollar) xidmət haqqı ödəyirsiniz.

Güvənli Daşınma xidməti

Sifariş etdiyiniz hər bir bağlamanın güvənli şəkildə, həssaslıqla həmçinin xüsusi ayrılmış yerdə və "Güvənli Daşınma" etiketi altında daşınmasını istəyirsinizsə, güvənli daşınma xidmətini seçə bilərsiniz. “Güvənli Daşınma” xidməti seçdiyiniz zaman bağlamanız Türkiyə ofisində açılmadan daşınması həyata keçirilir və “Daşıyıcı” məhsulun rəng, ölçü və s. kimi durumlarına cavabdehlik daşımır. Qeyd edək ki, “Güvənli Daşınma” xidməti seçdiyiniz zaman 1$ (bir dollar) xidmət haqqı ödəyirsiniz. Əlavə olaraq məlumat vermək istərdik ki, bu sığorta növü sınan məhsullar üçün keçərli deyil.

“VİP Daşınma” xidməti

Sifariş etdiyiniz hər bir bağlama Türkiyə ofisimizə gəldiyi zaman, əməkdaşlarımız Sifarişçinin razılığına əsasən bağlamanı açaraq məhsulun doğru ölçüdə, rəngdə və ya qüsurlu (gözlə görülə bilən) olub olmadığı yerindəcə təyin edirlər. Əgər məhsul qüsurlu olarsa müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə KARGOFLY komandası sizin yerinizə Türkiyə ofisindən alınan mağazaya geri qaytarır və Sifarişçinin istəyinə uyğun olaraq ödənişi geri alır. Daşınma prosesi xüsusi ayrılmış yerdə və “VİP Daşınma” etiketi altında yerinə yetirilir. *Qeyd edək ki, “VİP Daşınma” xidməti seçdiyiniz zaman 3$ (üç dollar) xidmət haqqı ödəyirsiniz.

“Premium Daşınma” xidməti

Sifariş etdiyiniz hər bir sınma ehtimalı olan bağlama Türkiyə ofisimizə gəldiyi zaman, əməkdaşlarımız Sifarişçinin razılığına əsasən bağlama açılaraq məhsulun sınma ehtimalı olan hissələri, rəngi, ölçüsü və sayının düzgün olması yoxlanılır. Əgər məhsul qüsurlu olarsa Türkiyə ofisindən alınan mağazaya geri qaytarılır və Sifarişçinin istəyinə uyğun olaraq ödənişi geri alınır. Sifarişçi bağlamanın açılmasını arzu etməzsə, o zaman gələcəkdə bu barədə yaranacaq problemlərə görə “Daşıyıcı” məsuliyyətdən azad ediləcək. Qüsursuz olduğu halda məhsullar yenidən daşınma prosesi zamanı heç bir zədə görməyəcək şəkildə həssaslıqla paketlənir. Daşınma prosesi xüsusi ayrılmış yerdə və “Premium Daşınma” etiketi altında yerinə yetirilir. Qeyd edək ki, “Premium Daşınma” xidməti seçdiyiniz zaman əlavə olaraq 10 (on) dollar xidmət haqqı ödəyirsiniz.

“Təcili sifariş” xidməti

Sifarişçilər Türkiyə saytlarından alış-veriş etmək üçün bizə müraciət edərək "Biz alaq" xidmətindən istifadə edir. Bunun üçün də göndərilən linklərin sifariş olunması növbə ilə həyata keçirilir. Sifarişlərin növbədən kənar həyata keçirilməsi üçün “Təcili sifariş” xidmətini seçə bilərsiniz. Bu ödəniş göndərilən hər link üçün ayrı-ayrılıqda yox, toplam 1 dəfə olur. *Qeyd edək ki, “Təcili sifariş” xidməti seçdiyiniz zaman 1$ (bir dollar) xidmət haqqı ödəyirsiniz.

“Kuryer” xidməti

Biz həmçinin Bakı anbarına daxil olmuş bağlamanızın istənilən ünvana çatdırılmasını da təşkil edirik. Bununla da siz vaxtınıza qənaət etmiş olursunuz. Qiymətlərlə bağlı tariflər bölməsində məlumat əldə edə bilərsiniz.