UZAQLARI YAXIN EDƏR!

Xidmətlərimiz

“Biz Alaq” xidməti

Türkiyənin online alış-veriş səhifələrindən hər hansı bir malın alınması zamanı Türkiyədən çatdırılmada çətinlik çəkirsinizsə bununla bağlı bizə müraciət edə bilərsiniz. Biz bu xidmətlə müştərilərimizin bizə vermiş olduğu ixtiyara əsasən həmin malın müştəri adına alınıb Türkiyədən Azərbaycana çatdırılmasını təşkil edirik. *Qeyd edək ki, “Biz Alaq” xidmətini seçdiyiniz zaman 3% xidmət haqqı hesablanır ki, bu da Türkiyədən online aliş-veris zamanı yaranan bank xərci, pulun nəğdləşdirilməsi və xidmət haqqı olaraq nəzərə alınır.

“VİP Daşınma” xidməti

Sifariş etdiyiniz hər bir bağlama Türkiyə ofisimizə gəldiyi zaman, əməkdaşlarımız Sifarişçinin razılığına əsasən bağlamanı açaraq məhsulun doğru ölçüdə, rəngdə və ya qüsurlu (gözlə görülə bilən) olub olmadığı yerindəcə təyin edirlər. Əgər məhsul qüsurlu olarsa müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə KARGOFLY komandası sizin yerinizə Türkiyə ofisindən alınan mağazaya geri qaytarır və Sifarişçinin istəyinə uyğun olaraq ödənişi geri alır. Daşınma prosesi xüsusi ayrılmış yerdə və “VİP Daşınma” etiketi altında yerinə yetirilir. *Qeyd edək ki, “VİP Daşınma” xidməti seçdiyiniz zaman 3$ (üç dollar) xidmət haqqı ödəyirsiniz.QEYD: VİP DAŞINMA YALNIZ GEYİM MƏHSULLARI ÜÇÜN NƏZƏRDƏ TUTULUB

“Təcili sifariş” xidməti

Sifarişçilər Türkiyə saytlarından alış-veriş etmək üçün bizə müraciət edərək "Biz alaq" xidmətindən istifadə edir. Bunun üçün də göndərilən linklərin sifariş olunması növbə ilə həyata keçirilir. Sifarişlərin növbədən kənar həyata keçirilməsi üçün “Təcili sifariş” xidmətini seçə bilərsiniz. Bu ödəniş göndərilən hər link üçün ayrı-ayrılıqda yox, toplam 1 dəfə olur. *Qeyd edək ki, “Təcili sifariş” xidməti seçdiyiniz zaman 1$ (bir dollar) xidmət haqqı ödəyirsiniz.

“Kuryer” xidməti

Biz həmçinin Bakı anbarına daxil olmuş bağlamanızın istənilən ünvana çatdırılmasını da təşkil edirik. Bununla da siz vaxtınıza qənaət etmiş olursunuz. Qiymətlərlə bağlı tariflər bölməsində məlumat əldə edə bilərsiniz.
Kuryer sifariş et